Driadalar yunan mifologiyasına görə meşə nimfaları və ya ağacların qoruyucusudurlar və yunanca mənası "palıd ağacı" ilə əlaqələndirilir. Meşədə olan hər ağacın bir driadası yəni qoruyucusu vardır. Driadalar digər ağac pəriləri olan hamadriadalar ilə eyni olmaqlarına baxmayaraq, fərqli cəhətləri vardır. Belə ki, onlar insanlarla əlaqə qura və uşaq sahibi ola bilirlər, ancaq hamadriadaların ömrü bağlı olduqları ağacların ömrü qədərdir. Ağacla doğulub, ağacla ölürlər və ölümlülərə cəza verirlər.
Məşhur nimfaların ən qədimləri olan driadalar Uranın qan damarlarından yaranan və göyrüş ağacında yaşayanlar idi.
Qədim Yunanıstanda driadaların varlığına o qədər inanırdılar ki, bir ağacı kəsmək üçün xüsusi adamlar meşəyə gedib, tərk edilmiş ağacı tapıb kəsərdilər.
Məşhur driada və hamadriadalar:
Orfeusun yoldaşı Euryduke də bir driadadır.
Chrysopeleia, Dryope, Erato, Danaus.
#Mifologiya #Driadalar #nimfalar #yunanmifologiyası #palıdağacı #ağac #ağacruhu #Dryad #hamadriada #Uran #dəfnə #Orpheus #Euryduke #Danaus
Комментариев нет:
Отправить комментарий