среда, 13 января 2021 г.

Günəş və Ay ( Koreya mifologiyası)


 

Dünyada günəş və aydan əvvəl ulduzlar var idi. Yer kürəsində Haesik (해식) və ondan böyük bacısı Dalsoon (달순) yaşayırdı. Anaları düyü kökələri sataraq pul qazanan yoxsul kəndli qadın idi.

Anaları bir gün kənddən qayıdarkən təpənin üzərində bir pələnglə qarşılaşır ki, pələng onun canına qarşı düyü kökəsini istəyir. Qadın da əlacsız qalıb kökələri ona verir. Digər təpəyə çatmamış pələng geri qayıdır, amma bu səfər 2 kökə istəyir. Qadın yenə istədiyini verir, ancaq digər təpəyə çatmamış pələng qayıdır və dörd dənə kökə istəyir. Qadın ümidsiz dilə gəlir ki, kökələri qurtarıb, pələng isə cavabında onu udmaqla hədələyir. Ana yalvarmağa başlayır və iki uşağı olan dul bir qadın olduğunu bildirərək,. rəhm istəyir. Bunu eşidən pələngin iştahı daha da böyüyür və ananı oradaca udaraq paltarlarını saxlayır və analarını gözləyən uşaqların evlərinə sarı gedir. Bu vaxt ərzində uşaqlar artıq narahat olmağa başlamışdılar. Çünki hər gün eyni vaxtda gələn anaları yox idi. Haesik həyətdən onları çağıran bir səs eşidəndə bacısından qapıları möhkəmcə bağlamağını istəyir. Dalsoon səsin anasına aid olduğunu desə də Haesik bunun başqa bir şey olduğunu hiss edir. Pələng qapını açmaqları üçün var gücü ilə dirənsə də Haesik ona inanmır. Onda Pələng qalan kökələri pudralayaraq daha da ağ görünməsini təmin edir və kökələri qapının yanındakı kiçik boşluğa qoyur. Bunu görən Dalsoon anasının gəldiyinə inanır və o dəqiqə qapını açır. Pələngi görən uşaqlar özlərini qorumaq üçün ağaca dırmaşırlar. Pələng də evdən baltanı götürüb, ağacı kəsməyə başlayır. Bu an Dalsoon dua etməyə başlayır ki, cənnətdəkilər onlara kömək etsinlər və elə o andaca cənnətdəkilər aşağı güclü bir ip sallayırlar. Əgər uşaqlar ipi tuta bilsələr lənətdən xilas ola bilərdilər və beləliklə uşaqlar ipdən tutaraq cənnətə doğru getməyə başlayır. Bunu görən pələng də ipdən tutaraq onların arxasınca gedir, ancaq ip çürüyür və pələng darı tarlasına düşür. Qanı darıya rəng verir, ona görə darının rəngi qırmızı rəngdədir. 

Cənnətdə Haesik günəş, Dalsoon isə ay oldu. Bir gün Dalsoon qaranlıqdan qorxduğunu deyərək şikayət etməyə başlayır və qardaşı onun yerinə keçməyə qərar verir. Nəticədə  Haesik ay, Daesoon isə günəş oldu. 


#Ay #Günəş #Haesik #Dalsoon #Koreya #koremifologiyası #mifologiya #pələng #darı #cənnət #mythology #moon #sun #koreanmythology #mythology #ARQONAVTLAR #TEAMLEO

Комментариев нет:

Отправить комментарий