суббота, 17 июля 2021 г.

AVROPA ( Yunan mifologiyası)

         Bu gün sizə Avropaya adını verən bir xanım haqqında yazacağıq. 

    Deməli, bir gün finikiyalı Europa adında gözəl- göyçək bir qız var idi. Qız Finikiyanın Sur bölgəsinin kralı Agenor ilə Telephassanın qızıdır. Bu qız gül bağçalarında, sahillərdə gəzməyi çox sevirmiş. Bir gün yenə rəfiqələri ilə gəzərkən bunu kim görür, təbii ki, şorgöz Zevs. Görüb də özünü görməməzliyə qoyurmu? Yox. Təbii ki, bir könüldən, min könülə aşiq olur. Zevs, Avropa ilə yaxınlaşmaq üçün buğaya çevrilir. Bu hərəkəti ilə bir tərəfdən də Heranın gözündən iraq olmaq istəyir. Nə isə bu buğa qızların yanına yaxınlaşır və qəflətən Avropanı belinə mindirib, suyu keçərək Girit adasına qaçırdır. Burada yenidən öz tanrı licminə bürünən Zevs, özünü qıza təqdim edir. Bu arada Horalar da bu ikili üçün yer hazırlayırlar. (ncnnc) Əlqərəz bu ikilinin bir olduğu yerə öz kölgəsini əksik etməyən çinar ağacı, deyilənə görə o gündən sonra heç vaxt yarpaqlarını tökmür. Qayıdaq əsas məsələyə. Deməli, Avropa Zevs cütlüyünün 3 övladı olur: Minos, Sarpedon, Rhadamanthys. Bu uşaqlardan Minos- Girit adasında Minos mədəniyyətini qurur. (Minotavrın mənəvi atası) Sarpedon Likia kralı olur. Rhadamanthys öləndən sonra yer altında hakim vəzifəsində işləyir. 

    Zevs bu əlaqədən sonra sevgilisinə 3 şey hədiyyə etmişdir: 

1. Onu qorumağı üçün bürünc nəhəng Talos;

2. Hədəfindən heç vaxt yayınmayan nizə;

3. Ovunu heç vaxt əldən buraxmayan it -Lailaps.

Zevs licminə girdiyi buğanı da göyə qaldıraraq onu bürc edir. 


#mifologiya  #Avropa  #Europa  #Zevs  #Zeus  #tanrı  #eşq  #Hera #buğa  #Giritadası  #çinarağacı #Minos   #Sarpedon  #Rhadamanthys #mythology #god #tanrı #ilahə #ARQONAVTLAR

пятница, 16 июля 2021 г.

MYLING (German-skandinav mifologiyası)

 


Skandinav folkloruna nəzər salsaq görərik ki, Myling, xaç suyuna salınmayan və düzgün dəfn olunmayan uşaqların ruhlarına verilən addır. Uşaqların ruhları o vaxta qədər dünyada qalır ki, onlar kimisə razı salırlar ki, cəsədlərini düzgün tərzdə dəfn etsinlər.

Myling (fincə "utburd" və ya "ihtiriekko" olaraq da bilinir) gecə tək gəzənləri qovalayır və onların bellərinə hoppanırlar. Bəzən onların səslərini eşidirsən, hansıki oxuduqları melodiyalarda analarının cinayətindən danışırlar. Deyirlər ki, onlara ad verib, qəbirstanlıqda dəfn etdikdə, ruhlar müqəddəs torpaqlarda dincələ bilir. "Utburd" sözü "çölə çıxarılan" mənasını ifadə edir. Başqa sözlə desək, istənilməyən uşaqların meşəyə və ya digər bir uzaq yerə tərk edilirlər. Demək olar ki, ölüm səbəbləri valideynləridir. İnanclara görə uşaqların ruhları elə öldükləri yerdə olur və qatilləri təqib edirlər.  

Qəzəbli ruhların qisas almaq istədikləri inancı, onları Skandinav mifologiyasında ən qorxulu ruh növlərindən biri etdi.


#mifologiya #skandinaviya #skandinavmifologiyası #MYLING #ruh #xaçsuyu #intiqam #körpə #uşaq #qorxu #mythology


суббота, 10 июля 2021 г.

LEPRECHAUN (İrlandiya mifologiyası)


 LEPRECHAUN İrlandiya mifologiyasına görə İrland adalarında yaşayan yaşıl geyimli kiçik cinlərdir. Bu cinlər ayaqqabıçılıqla məşğul olurlar və qızılı çox sevirlər. Mifologiyaya görə çox varlı olan kiçik cinlər qazandıqları pulları bir külçənin içərisinə doldurub, göy qurşağının qurtardığı yerdə basdırırlarmış.

LEPRECHAUN boyları təxminən 90-92 sm-dir.

Əfsanəyə görə bir LEPRECHAUNa gözünüzü qırpmadan baxsanız o qaça bilməyəcək, lakin elə ki, gözünüzü qırpdınız o andaca yoxa çıxacaqdır.

Digər bir əfsanəyə görə əgər siz bir LEPRECHAUN tuta bilsəniz, onu buraxacağınız təqdirdə sizə 3 arzu tutma şansı verir. Bunu diqqətli bir şəkildə etməlisiniz, çünki olduqca hiyləgərdirlər. Və bir gün bir adam LEPRECHAUN tutur və arzularından biri də göyqurşağının bitdiyi yerdəki qızıllara getmək olur. Cin də bir ağac göstərir ki, xəzinə onun altındadır. Lakin oranı qazmaq üçün adamın beli olmur. Bu adamın 3-cü arzusu olduğuna görə cin sərbəst qalır. Və adam ağacı itirməsin deyə onu işarələyir və beli götürmək üçün geri qayıdır. Gələndə isə görür ki, ərazidəki bütün ağaclar işarələnib. 

İrlandiya mifologiyasında deyilir ki, İrlandiyaya kelt irqi ayaq basmazdan əvvəl bu adaların yerli sakinləri məhz LEPRECHAUNlar olmuşdurlar. 

Qeyd: Ad orijinal yazılıb. Şəkillər pinterestdən götürülmüşdür.

Mənbə: https://tr.wikipedia.org/wiki/Leprikon

#mifologiya #İrlandiya #irlandmifologiyası #cin #ayaqqabıçı #göyqurşağı #xəzinə #qızıl #arzu #əfsanə #ada #irlandadası #ireland #mythology #LEPRECHAUN #ARQONAVTLAR 

четверг, 8 июля 2021 г.

SURYA (Hindistan mifologiyası)

 

Surya Hinduizmdə  günəş tanrısıdır. Sözün mənası  sanskritcə günəş deməkdir. Qədim Hindistan ədəbiyyatındakı Surya sinonimlərinə Aditya, Arka, Bhanu, Savitr, Pushan, Ravi, Martanda, Mitra, Bhaskara, Prabhakara və Vivasvan daxildir.Surya həmçinin Racəstan, Qucarat, Madhya Pradeş, Bihar, Uttar Pradeş, Jharkhand və Odişa kimi əyalətlərdə  Saura ənənəsində günəş tanrısını əks etdirir. Surya bir vaxtlar Vişnu, Şiva, Şakti, Qaneş kimi tanrılarla birlikdə yad edilir və ibadət edilirdi ki, sadəcə kiçik bir qrup Saura məzhəbi Suryaya uca tanrı kimi ibadət edirdi.. 

Surya Manu (insan irqinin öndəri), Yama (Ölülərin tanrısı), Ashvins (tanrıların həkimləri), Karna (Mahabharatada böyük qəhrəman) və Sugriva kimi vacib tanrıların atasıdır. 

Puranalarda (Hindu mif və əfsanələr məcmuəsi) qeyd olunur ki, tanrıların silahları məhz Suryadan kəsilmiş parlaq hissələrdir. Onun gücü qaranlığa qalib gəlmək, xəstələri sağaltmaq, dünyanı işıqlandırmaq və isitmək üçün lazımlı idi. 

Surya Hindu astrologiyasının zodiak sistemində olan doqquz cənnətdən "planet"(Navagraha) biridir. Bürc sistemində Simha (şir) lordudur. Surya və ya Ravivaranın və ya Bazar gününün Hindu təqvimindəki təməlidir. 

Hind mifologiyasında Suryanın təsviri.

Ümumiyyətlə Surya səmada işığın yeddi rəngini və həftənin yeddi gününü təmsil edən 7 atın qoşulduğu, zanbaq və şəfəqlərlə əhatələnmiş bir arabada təsvir edilir. Suryanın arabada olan təsvirlərini Bodhgaya'daki Mahabodhi məbədinin Buddha məhəccərində, (eramızdan əvvəl 2-ci əsr), Bhaja Mağaralarında (eramızdan əvvəl 1-ci əsr) və Xandagiri mağaralarında Ananta Gumpha'da görə bilərik. Bundan başqa Surya Dharmachakra olaraq şərh olunan çakra kimi də təsvir edilir.

Suryaya həsr olunmuş ən görkəmli məbəd Odişa şəhərindədir.  Qara Pagoda adlandırılan Surya Deula adlı məbəd Günəş məbədidir.

Suryaya hörmət etmək məqsədilə təşkil olunan festivallar və ziyarətlər arasında Makar Sankranti, Pongal, Samba Dashami, Ratha Sapthami, Chath puja və Kumbh Mela yer alır.

Surya Buddist əsərlərdə, məsələn Aşokaya həsr olunan əsərlərdə tanrı kimi göstərilir.

Rəqs

Bharatanatyam klassik hind rəqslərinin repertuarına Suryaya hörmət əlaməti olaraq bütün kainata işıq saçan şəfəq mənasına gələn eləmetnlər daxildir.

Yoga

Sūrya namaskāra günəşi salamlamaq deməkdir. Yoga istiləşmə rutinidir.


Mənbə: https://en.wikipedia.org/wiki/Surya

#mifologiya #günəş #Surya #tanrı #günəştanrısı #Vedik #hindu #hinduizm #yoga #rəqs #məbəd #sanskrit  #Aditya #Arka #Bhanu #Saura #Vişnu #Şiva #Shiva #Vishnu #Manu #Yama #Ashvins #Karna #Purana #Hinduastrologiyası #Navagraha #Simha #Surya #Ravivara #SuryaDeula #MakarSankranti #KumbhMela #festival #Bharatanatyam #buddizm #Sūryanamaskāra #tanrı #god #indiangod #mythology #ARQONAVTLAR



среда, 7 июля 2021 г.

QARAÇILARIN YARADILIŞ ƏFSANƏSİ (Qaraçı mifologiyası)



Qaraçıların mifologiyasına görə bekar gəzməkdən bezən bir müdrik evlənmək və öyrəndiklərini özündən sonrakı nəsillərə ötürmək üçün varisə ehtiyac duyur. Ancaq adam evlənməkdən qorxur, çünki müdrik istəyir ki, evlənəcəyi qadın sonsuza qədər ona itaət etsin, amma və lakin qadının buna riayət etmədiyi təqdirdə onu lənətləyəcəyini də bilir. Heç cürə özünə maneə ola bilməyəcək. (Day müdrik də belədisə.... ) Nəysə... ağlında buna görə evlənə bilməyəcəyi fikri ilə gəzən müdriyin qarşısına gənc bir bakirə çıxır və ona söz verir ki, ömrü boyu ona itaət edəcək. Beləliklə də müdriyi razı salır. (Təəccübləndikmi??) Bu gözəl cütlük evlənir və uzun illər xoşbəxt yaşayırlar, gözəl də övladları olur. Adam həyatından çox razı olur, amma bir gün qadın çaşıb ərinə qarşı çıxır. Kişi də bir himə bəndmiş kimi arvadını qəşəngcə lənətləyərək deyir: Lənət olsun sənə. İnsanların və heyvanların gizləndiyi bir bitki olasan və meyvələrinin içərisində dünyaya gətirdiyin övladlar qədər tum olsun. Uşaqların dünyanı gəzib, səni hər yerə aparsınlar. Sən də onlara qulluq və itaət etmək məcburiyyətində qalasan..." (Kişini necə yandırıb eee, bəs illərin sədaqətliyi...)
Bu lənət səsləndikdən sonra qadın Dəlibəng (Tatula) bitkisinə çevrilir. Əfsanəyə görə də qaraçılar bu müdrik və onun yoldaşının soyundan gəlirlər və bu lənətə görə də ömürləri boyu bir yerdə qalmayıb, elə hey dünyanı gəzirlər. 


#mifologiya #qaraçı #qaraçımifologiyası #yaradılışəfsanəsi #əfsanə #müdrik #tatula #dəlibəng #bitki #gipsy #mythology #ARQONAVTLAR 

четверг, 1 июля 2021 г.

PATOLLO (Baltik mifologiyası)

 

Baltiklərin müharibə tanrısı Patollodur. Slavyan, rus və Prussiya mifologiyasında isə Peckols adı ilə tanınır. Prussiya mifologiyasına görə  yer altında yaşayan Peckols, ölülələrə nəzarət edir. Olduqca əsəbi bir tanrı kimi tanınır. 

Baltiklərin Patollosu, kelt və skandinav mifologiyasında Odinin bənzəridir. Kelt mifologiyasında Odin, Thor, Freyr -Baltik mifologiyasında Patollo, Perkuno,Potrimpo olaraq qarşımıza çıxır. Hər üç tanrı müqəddəs palıd ağacı ilə əlaqələndirilir. Patollo da Odin kimi 3 tanrıdan ən əsasıdır. 

Patollo uzun yaşıl saqqallı, ölü kimi soyuq üzə sahib olub, başında sarıq olan yaşlı bir adam kimi təsvir edilir. 

Baltikanın baş tanrısı olub, insanlara şans gətirir. Odin kimi qan tökmək istəyirsə, can alardı, amma yoxsullara və əldən düşənlərə də kömək edirdi. Eyni zamanda O, bütpərəst kahinlərinə itaətsizlik etdikdə və ya ölüləri tanrılara lazımi qurban vermədən dəfn etdikləri təqdirdə canlıları təqib edən və lənətləyən ölülərin qorxunc və amansız bir tanrısı idi.  

Xristianlıqdan öncə Patollo ölülər ilə əlaqələndirildiyinə görə, xristianlıqdan sonra rahiblər onu şeytanla eyniləşdirmişdilər.

Bu tanrıdan ilk dəfə 1418-ci ildə  Warmia yepiskopu Papaya göndərdiyi bir məktubunda bəhs etmişdir. 

Müqəddəs əşya və heyvanları: İnsan kəllə sümüyü, inək və at.

#mifologiya #Baltik #Baltikmifologiyası #Patollo #müharibətanrısı #tanrı #Odin #kelt #ölülərdünyası #god #mythology #müqəddəs #Peckols #ARQONAVTLAR

VİRACOCHA (İnka mifologiyası)


 İnka panteonunda ən uca və  ən güclü tanrı məhz Viracochadır. Bu tanrı günəş, qasırğa, alov və şimşək tanrısıdır ki, bəzən dəniz ilə də əlaqələndirilir. Viracocha kainatın yaradıcısıdır. Eyni zamanda "deus faber" yəni "tanrı yaradıcısı"dır. Bəzən ona Wiracocha, Apu Qun Tiqsi Wiraqutra vƏ Con-Tici də deyirdilər. 

Juan de Betanzos tərəfindən qeyd edilmiş əfsanəyə görə qaranlığın hökmranlıq etdiyi bir dövrdə Viracocha Titicaca gölünün sularından çıxıb gəlir və günəşi, ayı, ulduzları yaradır. İlk insan irqini yəni nəhəngləri də yaradan tanrı, onu əsəbləşdirdikləri üçün nəhənglərə böyük bir tufan göndərir. Nəhənglərin bəziləri bu tufanda məhv olur, sağ qalanlarını isə ulu tanrı qayalara döndərir. Sonra Viracocha ikinci irqi yaratmağa başlayır. Belə ki, Günəş adasındakı qayalardan ən yumşaq olanını seçir və onu yontaraq qadın, kişi və uşaq yaradır. Onlara həyat verir. Beləliklə fərqli irqlər yaradan Viracocha onlara, fərqli rəng, geyim, dil bəxş edir. İnsanlara əkinçiliyi öyrədir və müxtəlif növ heyvan və quş növlərini bəxş edir. Viracochanın yaratdığı bu ölkə Tahuantinsuyu adlanmağa başlayır. Əfsanənin bir versiyasına görə insanları yaratdıqdan sonra tanrı Sakit Okeanı boyunca su üzərində yeriyərək yoxa çıxır. Bir dilənçi geyimində dünyanı gəzir və yaratdığı insanlara mədəniyyəti öyrətməyə başlayır. Bəziləri onun yolu ilə getsə də, bəziləri müharibəni, günahı seçir və insanlığın bu halını görə Viracocha çox kədərlənir. Pedro Sarmiento de Gamboanın qeydlərində Viracocha "orta boylu, ağ dərili, uzun ağ paltarlı, bir əlində əsa, digərində isə kitab tutan" bir adam kimi təsvir edilmişdir. 

Digər əfsanəyə görə Viracochanın yoldaşı "dənizin anası" sayılan Mama Gochadan günəş tanrısı İnti və ay ilahəsi Mama Quilla və bir dənə də qız Pachamama doğulmuşdur. Bu əfsanəyə görə Viracocha 60 gün, 60 gecə davam edən Unu Pachakuti adlı tufan ilə Titicaca gölünün sahilində yerləşən insanlığı məhv edir və dünyada mədəniyyəti davam etdirmək üçün iki dənəsini sağ saxlayır. Bu iki nəfər "möhtəşəm təməl" mənasına gələn İntinin oğlu Manco Capac və "çoxalma" mənasında olan Mama Uqlludur. Bu ikili "tapac-yauri" adı verilən qızıl əsa daşıyan İnka mədəniyyətini yaradırlar. Bir də bəzi əfsanəyə görə bu Manco Capac həm də 8 mədəni insanın ataları idi. Hə bir də yazırlar ki, Manconun bir dənə də Mama Qucha adlı həyat yoldaşı varmış. 

Bir başqa əfsanəyə görə isə Viracochanın iki oğlu vardır: İmahmana Viracocha və Tocapo Viracocha. Böyük tufan və yaradılışdan sonra Viracocha oğlanlarını şimal şərqə və şimal qərbə qəbilələri yoxlamağa göndərir ki, görəsən bunun dediklərinə insanlıq riayət edir, ya yox. Tanrının özü isə şimala yola düşür. Oğlanları yol boyunca meyvələrə, ağaclara, çiçəklərə, bitkilərə ad verir, zəhərli və şəfalı olan bitkiləri çatdıqları qəbilələrə öyrədirlər. Nəhayət ata və oğulları Sakit okeanın sahilinə çatıb, ordan su üzərində yeriyərək yoxa çıxırlar.

"Viracocha"nın mənası "dəniz köpüyü" deməkdir. 

Viracocha təsviri başında günəşi andıran tac, əlində şimşək, üzündəki yaş ilə də yağışı təmsil edirdi. 

Mənbə: https://en.wikipedia.org/wiki/Viracocha

Qeyd: İllustrasiyanın müəllifi: GENZOMANdır.

#mifologiya #İnka #İnkamifologiyası #alovtanrısı #günəştanrısı #uluyaradıcı #yaradıcı #panteon #böyüktufan  #Viracocha #deus #faber #əfsanə #nəhəng #irq #Titicacagölü #sakitokean #MamaGocha #İnti #ayilahəsi #MamaQuilla #UnuPachakuti  #MancoCapac #MamaUqllu #MamaQucha #İmahmanaViracocha #TocapoViracocha #god #goddess #mythology #ARQONAVTLAR