EROS HAQQINDA ƏFSANƏ
Salam mələzlər, bu gün sizə Kitablarda hekayəsi çox da hallanmayan (Rick əmi məncə bunu nəzərə alsan yaxşı olar) lakin gündəlik həyatımızın bir parçası olan bir tanrı haqqında söz açmaq istəyirəm.
Eros-yunan mifologiyasında sevgi tanrısıdır. Roma mifologiyasında isə Amur və Kupidon kimi də tanınır («cupido»). Erosu nəslin davamçısı, ilkin Xaosu tanıyan tanrı kimi də tanıyırdılar.
Aristofana əsasən Eros daimi zülməti ifadə edən tanrı Eber və gecə ilahəsi Nyukta (Nikta) tərəfindən dünyaya göz açmışdı. Daha sonrakı miflərdə isə Eros Afroditanın oğlu kimi qələmə verilir. Bəzi rəvayətlərə görə Uran ilə Geyanın bir araya gəlməsi məhz Eros sayəsində baş verib. Aristofanın yazdıqlarına görə Eros insanlara nur bəxş edirdi. Ən maraqlısı da odur ki, Erosum qarşısında həm tanrılar həm də insanlar bərabər idilər.
Qədimi rəsmlərdə Eros bir qayda olaraq əlində kamanı olan qanadlı cavan oğlan kimi təsvir edilib. Çiynində daşıdığı oxların bəziləri qızıldan digərləri qurğuşundan hazırlanır və bəyquş lələkləri ilə bəzədilir. O, qzıldan olan oxları ilə nişan aldığı canlılarda sevgi hissini, digər oxla isə laqeydlik hisslərini oyadırdı. Lakin günlərin bir günü Eros özü kor şəkildə aşiq olur...

#2
Gənc tanrı olan Eros anası Afroditanın ayrılmaz yol yoldaşı, eləcə də onun bütün istəklərini həyata keçirən və ilahi işlərdə ona daim yardım göstərən biri idi.
Günlərin bir günü Afroditanın Psixeya adlı gözəl bir qıza paxıllığı tutur. Qızcığazın gözəlliyi qarşısında qısqnclıqdan yerə göyə sığmayan Afrodita Erosu göndərir ki, Psixeyanı qızıl oxları ilə vursun və Psixeya dünyanın ən çirkin, murdar kişisinə aşiq olsun. Eros əmri alar-almaz yola düşür lakin hadisələr heç də onun gözlədiyi kimi getmir. Qızı görər-görməz ona bir könüldən min könülə aşiq olur...
Psixeya bir hökmdarın say etibarı ilə üçüncü qızı idi. Gözəlliyi ilə yanaşı həm də çox sadə, mehriban və gülərüz idi. Məhz buna görə də sadə xalq onu çox sevir, onu yeni Afrodita adlandırırdı. Psixeyanın paxıllığını çəkənlər arasında onum doğma bacıları da var idi. Onlar Psixeyadan canlarını qurtarmaq üçün daim tanrılara dua edirdilər. Bəs Erosla Psixeyanın tanışlığı necə baş verdi ? ? ?
Günlərin bir günü hökmdar Delf kahinindən Psixeya haqqında çox üzücü bir kəhanət eşidir. Qəmli halda eşitdiklərini ailəsi ilə paylaşır. Kəhanətə görə Psixeya insan övladı ilə deyil hansısa mistik varlıq, bədheybət ilə ailə quracaqmış. Gələcək yoldaşı ilə qovuşmaq üçün isə Psixeya özünü hündür bir qayadan atmalıdır. Öz taleyi ilə barışan Psixeya hündür bir qayaya çıxaraq özünü oradan aşağı atır... bəli, bəli ...belə hündürlükdən mən də özümü atsam blinçik xəmirinə oxşayaram... nəysə... mövzudan kənarlaşmayaq... Psixeya yerə dəyəcəyi anı gözləyirdi lakin bu an heç cür gəlib çatmırdı. Cəsarətini toplayıb gözlərini açanda isə havada uçduğunu görür.
Erosun göstərişi ilə Qərb küləyi tanrısı olan Zefir onu uçuraraq saraya gətirir...
Psixeya gözə görünməz və tilsimli Erosla evlənir. O, yoldaşını ancaq gecə zülmətində "görə bilir". Eros Psixeyanı otağa hər hansı bir işıq saçan vasitə gətirməməsi üçün xəbərdar edir... Yoldaşının cizgilərini görməsə belə Psixeya Erosu sevməyə başlayır. Hər axşam onun gəlişini həyəcanla gözləyir. Onun məlahətli səsini dinləyərək beynində necə biri olduğu haqqında təsəvvürlər yaradır... Lakin Erosun ona nə qədər yaxşı davranmasına, onu əzizləməsinə, hər naz nemət içərisində saxlamasına baxmayaraq yumşaq qəlbli Psixeya ailəsi üçün darıxır... Ailəsi ilə görüşmək, söhbət etmək, onlara sağ olduğunu demək istəyir. Vəə nəhayət belə bir fürsət ələ düşür...

#3
Psixeya bacıları ilə görüşmək üçün Erosa yalvarır və sonda onu yola gətirir. Eros Psixeyanı ehtiyatlı davranmağa, nə deyəcəyinə diqqət etməyə çağırır. Sanki başına gələcəkləri öncədən hiss edirmiş kimi.... amma sevdiyi xanımın üzülməsinə də qəlbi dözmür.
Psixeya bacıları ilə görüşür. Bacıları onun necə gözəl həyat yaşadığını görüb biraz da əsəbləşirlər. Onlar Psixeyanın öldüyünü xəal edərkən Psixeya onların xəyallarında belə təsəvvür etmədiyi həyatı yaşayır. Onlar Psixeyanı yoldaşına qarşı doldururlar. Onun kəhanətdəki bədheybət məxluq olduğunu deyirlər və Psixeyanın ondan canını qurtarmalı olduğuna onu imandırmağa çalışırlar. Bacılarının əkdiyi şübhə toxumu Psixeyanı yatmağa qoymur və günlərin bir günü maraq və qorxu digər hissləri üstələyir....
Psixeya gizlincə otağa yağ ləmpəsi və bıçaq keçirir və onları gizlədir. Zülmət çökdüyündə Psixeya ləmpəni yandırır. Yatağında bədheybət məxluq əvəzinə gözəl bir gəncin yatdığını görür. Yoldaşının gözəlliyi onu bihüş edir. Psixeyanın həyəcandan əlləri əsir və ləmpədəki yağın bir-iki damcısı Erosun kürəyinə düşərək onu yandırır. Yuxudan ayılan Eros sevdiyinin əlində ləmpə və bıçağı görür. Gördüyü mənzərədən ürəyi qırılaraq geriyə baxmadan uçur gedir....
#4
Etdiyi səhvin nə ilə nəticələndiyini görən Psixeya dərin peşmançılıq keçirir. Yoldaşını axtarmaq və geri qaytarmaq üçün hər cür əziyyətə qatlanmağa razı olur. Gecə - gündüz demədən hər dərədə onu axtarır. Hər keçəndən onu soruşur. Eros isə bu zaman anasının iqamətgahına geri qayıdır. Yanıq izləri ona çox pis təsir edir və halsızlaşdırır. (Bəlkə də onu halsız edən yanıq izləri deyildi, qəlbinin qırılması idi. Kim bilir ? Rick əmidən xahiş edərik daha dərindən araşdırsın.)
Afrodita oğlunu hər vasitə ilə sağaltmağa çalışır. Erosa bunları yaşadanın Psixeya olduğunu öyrənəndə isə onu cəzalandırmaq qərarına gəlir. Psixeya son çarə olaraq Afroditanın yanına gəlir. Afrodita qızcığazın bağışlanması və yenidən Erosu görə bilməsi üçün bir sıra sınaqlar keçməli olduğunu deyir. Əslində isə Psixeyanı mümkün qədər çox incitmək, canından bezdirmək, ölüm həddinə çardırmaq istəyir. Bunu birbaşa etməkdən onu çəkindirən yeganə səbəb isə Psixeyanın bətnində uşaq daşıması olur. Digərləri tərəfindən qınaq obyektinə çevrilməmək üçün isə bunu "bağışlanmaq üçün sınaq" adı altında qələmə verir.
Psixeya başına gələcəkləri bilsə də Erosun sevgisini yenidən qazanmaq üçün hər əziyyətə dözəcəyinə söz verir. Bundan istifadə edən Afrodita ona mümkün olan bütün əziyyətləri çəkdirir; döyülməsinə, ac qalmasına, əziyyət çəkməsinə baxmayaraq sözündən dönmür. Sevgisi ona güc, inam verir.
Psixeya həmişə tanrılara hörmət edən, onları yad edən biri olub. Ona görə də bəziləri bu sınaqları keçmək üçün dolayı yolla da olsa ona yardım əllərini uzadırlar.
Psixeyanın iradəsini qıra bilməyən Afrodita son çarə olaraq onu ölülər səltənətinə göndərir ki, Persefonadan içində gözəlliyinin bir parçası olan mücrünü gətirsin. Bütün çətinliklərə baxmayaraq Psiyexa gedir mücrünü götürür. Erosun sevgisini yenidən qazanmaq üçün həm də əvvəlki kimi gözəl olması lazım olduğunu düşünür. Dözməyərək mücünü açır... və Afroditanın tələsinə düşür. Psixeyanı "əbədi yuxu" aparır. Afrodita niyyətinə nail olduğu üçün sevincindən yerə göyə sığmır.
Nəhayət özünə gəlməyə başlayan Eros anasınım əməllərindən xəbər tutur. Erosun sevgisini qaytarmaq üçün Psixeyanın nələrə qatlandığını öyrənəndə ürəyi tab gətirmir. Yeri-göyü axtararaq sevgilisini tapır.
Onun yuxuya dalmış cansız bədənini Tanrıların hüzuruna gətirir və Zevsdən mərhəmət diləyir. Zevs və digər tanrılar Erosa yardım göstərir və Psixeyaya ölümsüzlük bəxş edərək onu ilahəyə çevirirlər...və onlar xoşbəxt həyat yaşamağa davam edirlər.
Məhz buna görə də Ruh (Psixeya) və Sevgi (Eros) əbədi və ayrılmaz hesab olunurlar....
#ErosandPsyche #Godofattraction
Комментариев нет:
Отправить комментарий