Yunan mifologiyasında Aqamed hökmdar Erginin oğlu və Trofoniyin əkiz qardaşıdır.Aqamed və Teofoniy məşhur memarlar idilər. Onlar Arkadidə Poseydonun ehramını eləcə də, Delfdə Apollonun ehramının girişini inşa ediblər (bəzi rəvayətlərə görə isə ehramı bütünlüklə inşa ediblər). Qardaşlar həmçinin hökmdar Qiriey üçün xəzinə də inşa etmişdilər. Xəzinəni inşa edərkən oraya gizli giriş də qoyurlar. Beləliklə, gecələr rahat-rahat xəzinəyə oğurluğa girə bilirdilər. Xəzinənin azalmasından təşvişə düşən hökmdar oraya tələ quraşdırır.
Günlərin bir bünü qardaşlar yenə xəzinəni qarət etmək üçün gəlirlər. Hökmdarın tədbirlərindən xəbərsiz olan qardaşlar xəzinəni qarət etməklə məşğul olarkən Aqamed tələyə düşür. Trofoniy Aqamedi xilas etmənin qeyri mümkün olduğunu anlayır. Həm qardaşını işgəncələrdən azad etmək, həm də özünü ifşa olunmaqdan qorumaq üçün Aqamedin başını kəsir. Kəlləsini isə özü ilə aparır ki, cəsədi heç kəs tanımasın. Amma çox keçmədən Trofoniy də ölür.... ayaqlarının altında yer yarılır və torpaq onu udur...
Qardaşların həyat hekayəsi və ölümü haqqında digər bir rəvayət də mövcuddur. O da gələn dəfəyə qalsın :) özünüzdən müğayət olun. Mən getdim kitabları vərəqləməyə
Комментариев нет:
Отправить комментарий