понедельник, 25 января 2021 г.

Xibalba (Maya mifologiyası)

 


    Xibalba Maya mifologiyasına görə yerin altındakı dünyadır. Xibalba "Qorxunun Məskəni" kimi tərcümə edilir. Mayalılara görə Xibalbaya xəstəlik və ölüm ruhları nəzarət edir və bəzi xalq hekayələrinə görə Xibalbanın əsl məskəni Orion Nebulasıdır. (NGC 1976- qalaktik dumanlıq). 16 -cı əsrin Verapazında ənənəvi olaraq Xibalbanın girişi Coban, Quatemala yaxınlığındakı bir mağaradır. Belə ki, kökləri mayalılara gedib çıxan və o ərazidə yaşayan Kiche xalqının bəzi nümayəndələri hələ də oranı ölüm bölgəsi adlandırırlar, eyni zamanda bəzi əfsanlərində qeyd edirlər ki, bu yerin digər bir girişi Süd yolunda görülən qaranlıq dəlikdədir.  Bundan başqa Belizdəki mağara sistemləri də Xibalbanın girişi kimi  qəbul edilir. 

Xibalbanın sakinləri.

            Popol Vuha (Mayalıların dini və ya tarixi kitabları) görə Xibalba yerin altındakı dünyadır.  Oranın sakinləri hələ dəqiq bilinmir. Necə yəni? Yəni orada ölmüş insanların ruhlarımı, yoxsa ölümə ibadət edən məxluqlarmı olduğu bəlli deyil, lakin Xibalbanın sakinləri  insana bənzər şəkildə təsvir edilirlər. 

    Xibalbanın sahiblərindən biri Hun- Came (Bir ölüm) Vucub-Came (Yeddi ölüm) idi. Bunlar arasında ən böyüyü Hun -Came idi. Yerdə qalan digər sahiblər isə "iblis" kimi yad edilir. Bunlar xəstəliyə, qıtlığa, yoxsulluğa  ağrıya və nəhayət ölümə səbəb olurdular. Bunlar cüt şəklində iş görərdilər və ona görə də belə xatırlanırdılar: Xiquiripat (Uçan Qaysaq) və Cuchumaquic (Yığılmış qan), insan bədənlərinin şişməsinə səbəb olan Ahalpuh (İrin İblisi) və Ahalgana (Sarılıq İblisi), ölü bədənləri skeletə çevirən Chamiabac (Sümük Əsası) və Chamiaholom (Kəllə Əsası), evlərin süpürülməmiş (təmizlənməmiş) yerlərində gizlənən və insanları bıçaqlayaraq öldürən Ahalmez (Süpürmə İblisi) və Ahaltocob (Bıçaqlama İblisi), insanların çöldə gəzərkən qan öskürərək ölmələrinə səbəb olan Xic (Qanad) və Patan (Arxa qayış). Əfsanələrə görə Xibalbanın digər sakinləri bunlardan birinin əlinə düşəndə, yer üzünə çıxaraq verilən tapşırıqları yerinə yetirirdilər.

Popol-Vuh

    Xibalba böyük bir yer idi və Popol Vuhda Xibalba içərisindəki bir çox fərdi quruluş və ya yer təsvir edilir və ya xatırlanır. Bunlardan başlıcası Lordların məclis yeri, Xibalba'nın ilk sınaqları kimi xidmət edən beş və ya altı ev və Xibalban top meydançası idi. Xibalbanın möhtəşəm bir şəhər olduğunu göstərən Lordların evlərindən, bağlarından və digər tikililərindən də bəhs olunur.

    Xibalba, şəhərə gələn hər kəs üçün sınaqlar və tələlər qururdu. Xibalbaya gedən yollar belə maneələrlə dolmuşdu: əvvəlcə əqrəblərlə dolu bir çay, qanla dolu bir çay, sonra isə irinlə dolu bir çay. Bunlardan başqa səyahətçiləri çaşdırmaq və aldatmaq məqsədi ilə danışan dörd yol arasından seçim etməli olduqları bir yol qovşağı var idi. Bu əngəlləri keçdikdən sonra Xibalba məclisinə gəlmək olardı, burada qonaqların oturmuş Lordları salamlayacağı gözlənilirdi. Lordlar yanlarında məclisə gələnləri çaşdırmaq və alçatmaq üçün mankenlər otuzdururdular və bu səhvi edənlər səthi qaynar olan skamyaya oturulması üçün dəvət edirdilər. Xibalba Lordları, insanları Xibalbanın ölümcül sınaqlarından birinə göndərməzdən əvvəl bu şəkildə alçaldaraq özlərini əyləndirərdilər. (Ölürsən sürünürsən, dirisən yenə sürünürsən, olmadı ki....)

    Şəhər ziyarətçilər üçün sınaqlarla dolu ən azı altı ölümcül evə ev sahibliyi edirdi. Birincisi, içi tamamilə qaranlıq olan bir ev olan Qaranlıq Ev idi. İkincisi, sümük, soyuducu soyuq və çınqıl ilə dolu Sümük Evi və ya Buz Evi idi. Üçüncüsü, ac yaquarlarla dolu Yaquar Evi idi. Dördüncüsü, təhlükəli qışqırıq yarasaları ilə doldurulmuş Yarasa Evi, beşincisi isə özbaşına hərəkət edən bıçaqlar və ülgüclərlə dolu Ülgüc Evi idi. Popol Vuhun başqa bir hissəsində, altıncı bir sınaq, odlar və istiliklə dolu İsti Evi də müəyyən edildi. Bu testlərin məqsədi, içərisinə qoyulmuş insanları, testdən keçə bilmədikləri təqdirdə öldürmək və ya alçaltmaq idi. (Ə ölüb də bu, niyə zülm edirsiz taa)

    Xibalbanın Çöküşü:

    Bu hissənin mövzusu çox uzun olduğuna görə bir qismini paylaşmaq qərarına gəldim.

    Deməli, top oyununda əkiz qardaşlara məğlub olan Hunahpu və Xbalanque uşaqlar üçün tələ qurur. Belə ki, Böyük bir soba tikdirirlər və uşaqları aldadaraq o sobaya girməklərini təmin edirlər. Uşaqlar başlarına gələcəkləri haqqında məlumatlıydılar. Ona görə planın onların istədikləri kimi davam etməsinə razı oldular. Beləlik qardaşlar sobada yanıb, külə dönürlər və külləri bir çaya tökülür. Qardaşlar çayda əvvəlcə bir balığa çevrilir, sonra yenə əkiz qardaş kimi canlanırlar. Onları heç kim tanımadığına görə Xibalbanda qalmaqlarına icazə verilir. Deməli, bunların öldürüb diriltmə bacarıqları, rəqsləri Xibalbanda yayılmağa başlayır və hamı onları görmək və əylənmək istəyir. Axır söz- söhbət gəlib Hunahpu ilə Xbalanquenin qulağına çatır. Onlar da bu qardaşları çağırırlar ki, onları əyləndirsinlər və qardaşlar bunun üçün könüllü olduqlarını, qarşılığında isə pul almayacaqlarını bildirirlər. Beləliklər qardaşlar öz hünərlərini göstərməyə başlayırlar. Əvvəlcə bir iti öldürüb, sonra dirildirlər, sonra kiminsə evini yandırıb, sonra əvvəlki vəziyyətinə qaytarırlar. Tədbirin ən həyəcanlı hissəsində Xbalanque Hunahpunu şaqqalayır və qardaşlardan Hunahpunu əvvəlkinə vəziyyətinə qaytarmaqlarını istəyir və elə də olur. Özlərini cilovlaya bilməyən Xibalbanın ali lordları Bir Ölümlə Yeddi Ölüm möcüzəni öz üzərilərində sınamağa qərar verirlər. Qardaşlar da lordları öldürürlər, ancaq onları geri gətirmirlər. Əkizlər Lordların etdiklərini hamıya bəyan edir, onlar da bağışlanmaq üçün yalvarmağa başlayırlar. Nəticədə Xibalba əvvəlki dəbdəbəliyindən məhrum olur və məğlubiyyətə məhkum olur.


Mənbə6 https://en.wikipedia.org/wiki/Xibalba



#Maya #mayalılar #mifologiya #mayamifologiyası #Xibalba #Yeraltıdünyası #Axirət #Cəhənnəm #BirÖlüm #YeddiÖlüm #SüdYolu #OrionNebula #Nebula #PopolVuh #HunCame # #VucubCame #Xiquiripa #Cuchumaquic #Ahalpuh  #Ahalgana #Chamiabac  #Chamiaholom  #Ahalmez  #Ahaltocob  #QaranlıqEv #SümükEvi #BuzEvi #Yaquarevi #Yarasaevi #ÜlgücEvi #İstiev #Əkizqardaşlar #əkizlər #Herotwins


среда, 13 января 2021 г.

Günəş və Ay ( Koreya mifologiyası)


 

Dünyada günəş və aydan əvvəl ulduzlar var idi. Yer kürəsində Haesik (해식) və ondan böyük bacısı Dalsoon (달순) yaşayırdı. Anaları düyü kökələri sataraq pul qazanan yoxsul kəndli qadın idi.

Anaları bir gün kənddən qayıdarkən təpənin üzərində bir pələnglə qarşılaşır ki, pələng onun canına qarşı düyü kökəsini istəyir. Qadın da əlacsız qalıb kökələri ona verir. Digər təpəyə çatmamış pələng geri qayıdır, amma bu səfər 2 kökə istəyir. Qadın yenə istədiyini verir, ancaq digər təpəyə çatmamış pələng qayıdır və dörd dənə kökə istəyir. Qadın ümidsiz dilə gəlir ki, kökələri qurtarıb, pələng isə cavabında onu udmaqla hədələyir. Ana yalvarmağa başlayır və iki uşağı olan dul bir qadın olduğunu bildirərək,. rəhm istəyir. Bunu eşidən pələngin iştahı daha da böyüyür və ananı oradaca udaraq paltarlarını saxlayır və analarını gözləyən uşaqların evlərinə sarı gedir. Bu vaxt ərzində uşaqlar artıq narahat olmağa başlamışdılar. Çünki hər gün eyni vaxtda gələn anaları yox idi. Haesik həyətdən onları çağıran bir səs eşidəndə bacısından qapıları möhkəmcə bağlamağını istəyir. Dalsoon səsin anasına aid olduğunu desə də Haesik bunun başqa bir şey olduğunu hiss edir. Pələng qapını açmaqları üçün var gücü ilə dirənsə də Haesik ona inanmır. Onda Pələng qalan kökələri pudralayaraq daha da ağ görünməsini təmin edir və kökələri qapının yanındakı kiçik boşluğa qoyur. Bunu görən Dalsoon anasının gəldiyinə inanır və o dəqiqə qapını açır. Pələngi görən uşaqlar özlərini qorumaq üçün ağaca dırmaşırlar. Pələng də evdən baltanı götürüb, ağacı kəsməyə başlayır. Bu an Dalsoon dua etməyə başlayır ki, cənnətdəkilər onlara kömək etsinlər və elə o andaca cənnətdəkilər aşağı güclü bir ip sallayırlar. Əgər uşaqlar ipi tuta bilsələr lənətdən xilas ola bilərdilər və beləliklə uşaqlar ipdən tutaraq cənnətə doğru getməyə başlayır. Bunu görən pələng də ipdən tutaraq onların arxasınca gedir, ancaq ip çürüyür və pələng darı tarlasına düşür. Qanı darıya rəng verir, ona görə darının rəngi qırmızı rəngdədir. 

Cənnətdə Haesik günəş, Dalsoon isə ay oldu. Bir gün Dalsoon qaranlıqdan qorxduğunu deyərək şikayət etməyə başlayır və qardaşı onun yerinə keçməyə qərar verir. Nəticədə  Haesik ay, Daesoon isə günəş oldu. 


#Ay #Günəş #Haesik #Dalsoon #Koreya #koremifologiyası #mifologiya #pələng #darı #cənnət #mythology #moon #sun #koreanmythology #mythology #ARQONAVTLAR #TEAMLEO

вторник, 12 января 2021 г.

Driadalar (Yunan mifologiyası)

 


    Driadalar yunan mifologiyasına görə meşə nimfaları və ya ağacların qoruyucusudurlar və yunanca mənası "palıd ağacı" ilə əlaqələndirilir. Meşədə olan hər ağacın bir driadası yəni qoruyucusu vardır. Driadalar digər ağac pəriləri olan hamadriadalar ilə eyni olmaqlarına baxmayaraq, fərqli cəhətləri vardır. Belə ki, onlar insanlarla əlaqə qura və uşaq sahibi ola bilirlər, ancaq hamadriadaların ömrü  bağlı olduqları ağacların ömrü qədərdir. Ağacla doğulub, ağacla ölürlər və ölümlülərə cəza verirlər.

    Məşhur nimfaların ən qədimləri olan driadalar Uranın qan damarlarından yaranan və göyrüş ağacında yaşayanlar idi. 

    Qədim Yunanıstanda driadaların varlığına o qədər inanırdılar ki, bir ağacı kəsmək üçün xüsusi adamlar meşəyə gedib, tərk edilmiş ağacı tapıb kəsərdilər. 

    Məşhur driada və hamadriadalar:

    Orfeusun yoldaşı Euryduke də bir driadadır.

Chrysopeleia, Dryope, Erato, Danaus.


#Mifologiya #Driadalar #nimfalar #yunanmifologiyası #palıdağacı #ağac #ağacruhu #Dryad #hamadriada #Uran #dəfnə  #Orpheus #Euryduke #Danaus