пятница, 10 января 2020 г.

Qorxu və Dəhşət

Axşamınız xeyir mələzlər. Hava yağışlı olsa da yemək düşərgəsində yağış düşməyən görünməz örtü altında, Hestianın sönməyən ailə ocağı ətrafında yemək yeyərək və isinərək maraqlı məlumat paylaşmaq qərarına gəldim Bu gün sizə Ares və Afroditanın oğulları olan Deymos və Fobos haqqında danışacam.
Deymos dəhşət, Fobos isə qorxu mənasını verir. Qardaşları sırasına Eros, bacıları sırasına isə Klarissa La Ru (Ares evindən), Piper MacIin (Afrodita evindən) və ölümsüz Harmoniya daxildir.
Deymos və Fobos müharibələrdə və ya savaşlarda daim Aresi müşaiət edirlər.
Müharibə tanrısının oğlanları olmaqlarına baxmayaraq savaşmağı çox da bacarmırlar.
Qardaşların adı əksər vaxtı biryerdə səslənir. Onların arasında fərq odur ki, Fobos tək insanı, Deymos isə bir neçə insanı eyni zamanda qorxuda bilir. İngilis dilində mövcud olan "demon" yəni iblis sözünün Deymosdan, "fobiya" sözünün isə Fobosdan qaynaqlandığı guman edilir. Bundan əlavə Mars planetinin iki peyki də bizim tanrıcıqlara həsr olunaraq Deymos və Fobos adlandırılmışdır.
Yemək payınızdan tanrılara hissə ayırmaq yaddan çıxmasın 😉 Mən də gedim Apollonu yad edim 🖐

Комментариев нет:

Отправить комментарий