суббота, 23 ноября 2019 г.

Orionla Artemida


Deməli keçən dəfə Orionun kimliyi, sevdiyi qadın, intiqam almaq istədiyi qaynata və nəticədə kor olmuş gözlərlə Okeanosa gəldiyi haqqında məlumat vermişdik. Onu da qeyd etmişdik ki, Eos ona vurulub, belə olan halda  pəs Artemida hardan çıxdı?😕 Başlayaq....
Helios Orionun gözlərini sağaldır, o da sevgilisi Eos ilə Delos  adasına gəlib ordan da Xiosa gedir ki, qaynatasından intiqam alsın. Çox axtarır amma onu tapa bilmir. Sən demə Hefistos onun üçün yer altında bir mağara tikib, pəs orda gizlənir. Yetim bundan xəbərsiz, Giritə gedir, düşünür ki, yəqin bu qaynata şələ-şüləsini yığıb babası Minosun yanına gedib. Əlqərəz yolda İlahə Artemida ilə tanış olur və bunlar bir-birilərinə aşiq olurlar. Mənim üçün də maraqlı olan bir sual EOS hansı cəhənnəmdəydi? ya da pəs EOS?  simsiz teleqramlar o haqqda heç nə demədilər 😁
Nəysə Artemida gözünə döndüyüm bu gəncin gözlərindəki intiqam qığılcımını söndürdü və özü ilə birlikdə ova çıxması üçün Orionu razı saldı. Hər yerdə qanqal kimi bitən Apollon yuyulmamış çömçə kimi hekayəyə daxil olur. Belə ki, Apollon Orionun EOSla birlikdə olduğunu bilir. Buna görə də sübh, hər gün utana-utana açılarmış. Apollonu birdə Orionun sözləri-"Yerdəki bütün vəhşi heyvanları sadəcə mən-Orion öldürə bilər." qıcıqlandırarmış. Apollon düşünür ki, bacısı da bu sözlərə əsəbləşər, tez gedib eşitdiklərini Artemidanın ovcuna qoyar amma kimin dediyini deməz. İlahə də bu ölümlüyə həddini bildirmək üçün nəhəng bir əqrəbi yerə göndərər. Orion onu görən kimi, ilk mızraqla, sonra isə qılıncla hücum etdi və görəndəki heç nə təsir etmir, özünü tulladı suya ki, Delos adasına üzsün. Məqsədi də EOS-un onu bu vəziyyətdən xilas edəcəyini düşünməsiymiş.(zəmanə tərsinə dövran edir indi-burda deyərlər ey) Elə bu anda Apollon bacısı Artemidaya səslənir "Bu dənizdəki Ortygiyaya tərəf gedən qara məxluqu görürsən? O sənə ibadət edən, Hyperborealı rahib Oposa təcavüz edən, zalımlığı ilə ad çıxardan Kandaon adındakı adamın başıdır. Səndən onu oxunla vurmağını istəyirəm!" dedi. Artemida əslində Kandaon adlı adamı tanımadığı üçün, nişan alıb oxu o başa tərəf göndərir. Artemida ovunun cəsədini dənizdən çıxartmaq üçün yaxınlaşanda onun Orion olduğunu gördü. Təbii ki, Orion ölmüşdü. Artemidanın dünyası dağılmışdı, son çarə olaraq Apollonun oğlu məşhur həkim Asklepiosun yanına getdi, bəlkə dirildər deyə amma Apollon böyük bir ildırım göndərərək onun işini bitirməsinə imkan vermədi. Artemida onu sonsuza qədər əqrəbin qovaladığı ulduzlar arasına qoydu. Bunlar baş verərkən də Orionun ruhu çoxdan Çirişotu Çəmənliklərinə getmişdi.
Bəzi mənbələrinə görə isə əqrəbin Orionu sancdığı üçün öldüyünü qeyd ediblər. Hekayələr çoxdu amma ən çox danışılanı sizlərlə paylaşdıq.
Qeyd edilən mifolojik adların bəzilərini olduğu kimi qeyd etdik.
Hə bir də istəsəniz, şərh də yaza bilərsiniz.
Hələlik 😂

вторник, 19 ноября 2019 г.

Nəhənglərinin ana vətəni

Biraz da məkanlarla tanış olaq.
Gördüyünüz mənzərə Jotun nəhənglərinin vətəni Jotunheimdir. (Yotunxeym)
Rəvayətə əsasən Jotunheim Midgardın şimalında Æsir (Asar) tərəfindən Bergelmir və onun sülaləsi üçün yaradılmışdı. Jotunheim-i Asgarddan İvinq çayı ayırır. Hökmdarı Trimdir. Jotunheimin əsas əhalisi Jotunnlar (yotunlar) əsas məskəni isə Utqardlardır. Bundan əlavə Jotunheimin "Dəmir meşə" və "Daş dağlar" adlı əraziləri də mövcuddur. Mengladın evi Gastropnir, Tiasinin evi Trimxeym də burada yerləşir. 


понедельник, 18 ноября 2019 г.

Dünyavi İlan

Dünyavi İlan Jormungandr.

Jormungandr (Yormunqand) tanrı Loki və Anqrboda nəhənginin övladıdır. Fenrir və Hellin qardaşıdır.  (Balta Abbas və Alexin də qardaşıdır 😀).  Canavarlar kateqoriyasına daxil olan Jormungandr yaşıl gözlərə və ilanvari xarici görünüşə malikdir. Digər adı Dünyavi İlandır.
Jormungandr Lokinin ortancıl oğludur. Odin tərəfindən dənizə atılaraq orada böyüyür, uzanaraq dünyanı sarır və sonunda öz quyruğunu dişləyir. Jormungandrın zəhəri o qədər qüvvətlidir ki, ağzını açan kimi Maqnusun paltarı əynində əriyir.
Biz Jormungandr ilə ilk dəfə "Yay qılıncı"  kitabında tanış olmuşuq.

воскресенье, 10 ноября 2019 г.

Aleks yoxsa Aleks?

Maqnus Çeyz və Torun Çəkici kitabından yaxşı tanıdığımız (və ya tanımadığımız .... ups spoiler) Aleks Fierro genderflüiddi və transgenderdi (biz onu daha çox qadın obrazında görürük).

Anası Skandinaviya tansırı Loki... bəli bəli düz oxudunuz ANASI 😀 (Səbəb? çünki Loki cild dəyişdirmək üzrə mütəxəssisdir). Atası isə naməlum şəxsdir. Qardaşları sırasına Fenrir, Yormunqand, Vali, Narvi, Sleypnir, bacıları sırasına isə balta Abbas khe khee Samirə Əl Abbas demək istədim və Hella aiddir. Həə nə deyək Aleks ailə cəhəhdən çox da populyar deyil... nəisə.
Aleks Valhallada yaşayan eynxeriylərdən biridir. Gözlərindən biri açıq qəhvəyi digəri tünd qəhvəyidir. Saçları tünd olsa da Aleks onları gözqamaşdıran yaşıl rəngə boyayır.
Aleks Bostonda yaşayırdı. Ölümündən sonra isə Samirə tərəfindən seçilərək Valhallaya aparılır və orada eynxeriyə çevrilir. Bu obrazla Torun çəkici və Ölülər gəmisi kitablarında daha yaxından tanış olmaq olar.

пятница, 8 ноября 2019 г.

Buynuzlu AKTEON

Akteon kimdir? Kitabı diqqətlə oxuyanlara səslənirəm yəqin ki Artemidanın əsəbləşəndə nələrə qadir olduğunu çox gözəl xatırlayırsınız...

🤔🤔🤔🤔
Akteon kiçik tanrılardan olan Aristeyin oğludur. Anası  Avtonoyadır. Silahı ox və yaydır.
Günlərin bir günü Akteon ova çıxır və təsadüfən eşitdiyi qızların gülüş səsi onu yolundan döndərir. Akteon səsin hardan gəldiyi marağı ilə  səs gələn istiqamətdə gedir. Çatanda isə Artemidanın öz nimfaları ilə buluqda çimdiyini görür. İlahi zəhmdən qorxub qaçmaq əvəzinə özünə söz keçirməyi bacarmayaraq baxmağa davam edir (təbii ki, gözəl qızların bulaqda çimməsi hər gün rast gəlinəcək mənzərə deyil, özüdəki hələ Artemidadırsa... 😋). Artemida Akteonun onları güddüyünü görür və çox qəzəblənir. Akteonun yalvarışlarına məhəl qoymayaraq onu marala çevirir. Qorxub qaçmağa çalışan Akteon isə öz ov itləri tərəfindən parçalanaraq ölür. Bu hadisə Koferon dağının yamacında baş verir.
Akteonla biz ilk dəfə Olimp qəhrəmanları "Olimpin qanı" kitabında tanış olmuşuq.

Hekayədən çıxan nəticə nədir?
Artemidaya çimməyə mane olmaq olmaz 😂

четверг, 7 ноября 2019 г.

Küləklərin atası...

Akvilon Yunan tanrısı olan Boreyin Romalaşmış formasıdır. Boreydən fərqli olaraq o daha sərt, dəqiq və vahiməlidir. Eləcədə Borey ilə müqayisədə Akvilon qəhrəmanlara və onların tapşırıqlarına daha çox can yandırır.
Avster haqqında məlumat verərkən Akvilonun onun qardaşı olduğunu qeyd  etmişdik. Bəli, Akvilon da ilahə Avrora və titan Astreyin oğludur. Yoldaşı isə Orifiya esab olunur. Xiona və boreadlar onun övladı, Favoniy, Avster, Volturn isə qardaşlarıdır. Avsterin əsas silahı onun sehri hesab olunur. Evi Kanadanın Kvebek şəhərindəki Borun sarayıdır.
Biz  Akvilon ilə ilk dəfə "Aidin evi" kitabında tanış oluruq. Hadisələr belə cərəyan edir ki, Borun sarayına gəlmiş Ceyson Qreys Bor ilə söhbət edərkən öz döyməsini ona göstərir. Bunu görən Borey dərhal cildini dəyişərək Akvilona çevrilir. Beləliklə də Boreydən heç gözü su içməyən Ceyson Akvilon ilə dil tapmağa başlayır.
Boreydən fərqli olaraq Alvilonun saqqalı yoxdur. O al üzlü Roma paltarında başında şaxtadan donmuş dəfnə yarpaqlı tac canlanır. qılınc yerində isı roma qılıncı olan qladius asılıb.

среда, 6 ноября 2019 г.

Gilavar yoxsa Avster?

Avster (Auster) Roma mifologiyasında Cənub küləyi və Yay tanrısı olaraq tanınır. Yunan mifologiyasından isə biz onu Not olaraq tanıyırıq.
Biz Avsterlə ilk dəfə Olimp qəhrəmanları silsiləsinin "Aidin evi" kitabında qarşılaşırıq. Kitabda o Ceyson Qreysə küləyin istiqamətini təyin etməklə bağlı məsləhər verir.
Roma mifologiyasında cənub küləyi qışda duman və yağış, yayda isə sağlamlığa ziyan vuran və quru olan külək gətirir. 
Avster ilahə Avrora və Astrey titanının övladıdı. İlk əsrlərdə onun həyat hekayəsinin necə cərəyan etməsi barədə çox da məlumat yoxdur. Bildiyimiz və Avsterin öz dilindən eşitdiyimiz budur ki, o Misir hökmdarı Belin məhsulunu məhv etmiş və onun bütün dəniz donanmasını suda batırmışdır.
Avster təqribən 3 m boylarında, ağ saçlarında dumandan tac dalğalanan, buladdan olan saqqalında isə daim şimşəklər çaxan bir tanrıdır. Sinəsinəki leysan yağışların ardı-arası kəsilmir. Ceyson hətta onu bir qədər islanmış Santa-Klausa da bənzədir.
Avster xaraktercə çox ləngdir. O heç vaxt, heç yerə tələsmir. Söhbət əsnasında çox zaman sözü dəyişərək özlüyündə maraqlı olan hekayələrdən danışmağa başlayır. Silahı küləkdie. Evi isə Afrikanən şimal sahillərində yerləşir.
 Akvilon, Favoniy və Volturnus Avsterin qardaşlarıdır.


вторник, 5 ноября 2019 г.

Abelyar və Eloiza

Abelyar kimdir?

Apollonun sınaqları silsiləsinin 3-cü kitabından tanıdığımız Abelyar Qrifon quşudur. O, öz dişisi olan Elioza ilə birlikdə Veysteyşndə yuva qurub. 
Abelyar Britomartidaya məxsus qrifondur. O, yabaniləşməyən nadir qrif quşlarındandır. Xarici görünüşcə şir boyda olan Abelyar açıq qəhvəyi rəngli dəriyə, narıncı qanadlara, qızılı-bəyaz yala malikdir, qartal başlıdır. 
Abelyar və Eloiza fransız filosofu olan Pyer Abelyar və onun sevgilisi eləcə də, gizli yoldaşı olan Eloizanın şərəfinə adlandırılmışdır. Onların faciəvi həyat hekayəsi ədəbiyyatda xüsusi maraq kəsb edir.