Ruhun "Xəmsəsi"
Misir mifologiyasına əsasən insan ruhu 5 hissədən ibarətdir: ren, ba, şeut, ib, ka.
"Ba" ruhun şəxsiyyətini tərənnüm edən və insan öldükdən sonra da yaşamağa davam edən hissəsidir.
"Ba" özünü iki cür vasitə ilə tərənnüm edə bilər.
Birinci halda insan öldükdə onun Ba-sı bədənindən ayrılaraq Duata gedir (əgər yolda heç bir maneəyə rast gəlmirsə) və orada sonsuza qədər yaşayır. Əgər yolda o maneəyə rast gələrsə sonsuza qədər Gecə çayının sahilində mağaralarda qalaraq hüzur tapmayacaqdır.
İkinci halda insan yatarkən onun Ba-sı bədənindən ayrılaraq Duata getməyə çalışır. Çünki Duat Ba-ların məskənidir və insan daha çox yatarkən Duata yaxın olur. Əgər Ba bədəndən çox uzağa gedərsə geri gəlməyi bacarmır və insan yuxuda ölür.
Bu səbəbdən Maglar yatarkən adi yastıqdan istifadə etmirlər. Onlar üzərində qoruyucu dualar cızılmış xüsusi daş başlıqaltından istifadə edirlər. Lakin bu da yenə tam qoruyucu sayılmır. Belə ki, bu daha çox maglara Ba-nı səyahətə buraxıb-buraxmamaq qərarını sərbəst vermək üçün nəzərdə tutulur.
Ba bəzən də keçmişdə baş vermiş hər hansı bir hadisəni görmək üçün istifadə oluna bilir.
Ba xarici görünüşcə insan başlı quşu xatırladır. Bu baş əslində mənsub olduğu bədənin başıdır.
Ən güclü maglar və tanrılar Ba-larına istənilən xarici görkəmi verə bilirlər.
#percyjacksonazerbaijan #percyjackson #rickriordan #ba #xəmsə #xnum #apofis #Anybis #carter #sadie #misirmofologoyası #yunanmifologiyası #thor #magnuschase #annabethchase
Blogumuz Rick Riordanın Percy Jackson, Magnus Chase, The Kane Chronicles adlı kitablarından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın.
суббота, 11 января 2020 г.
Ruhun xəmsəsi
пятница, 10 января 2020 г.
Qorxu və Dəhşət
Axşamınız xeyir mələzlər. Hava yağışlı olsa da yemək düşərgəsində yağış düşməyən görünməz örtü altında, Hestianın sönməyən ailə ocağı ətrafında yemək yeyərək və isinərək maraqlı məlumat paylaşmaq qərarına gəldim Bu gün sizə Ares və Afroditanın oğulları olan Deymos və Fobos haqqında danışacam.
Deymos dəhşət, Fobos isə qorxu mənasını verir. Qardaşları sırasına Eros, bacıları sırasına isə Klarissa La Ru (Ares evindən), Piper MacIin (Afrodita evindən) və ölümsüz Harmoniya daxildir.
Deymos və Fobos müharibələrdə və ya savaşlarda daim Aresi müşaiət edirlər.
Müharibə tanrısının oğlanları olmaqlarına baxmayaraq savaşmağı çox da bacarmırlar.
Qardaşların adı əksər vaxtı biryerdə səslənir. Onların arasında fərq odur ki, Fobos tək insanı, Deymos isə bir neçə insanı eyni zamanda qorxuda bilir. İngilis dilində mövcud olan "demon" yəni iblis sözünün Deymosdan, "fobiya" sözünün isə Fobosdan qaynaqlandığı guman edilir. Bundan əlavə Mars planetinin iki peyki də bizim tanrıcıqlara həsr olunaraq Deymos və Fobos adlandırılmışdır.
Yemək payınızdan tanrılara hissə ayırmaq yaddan çıxmasın 😉 Mən də gedim Apollonu yad edim 🖐