среда, 13 марта 2019 г.

Minotavr

Bu məqalədə sizə tarix dərslərindən oxuduğum amma heç cürə dərk etmədiyim bir mifik obrazdan bəhs edəcəyəm, qarşılayın-- Minotavr. Kimdi? Kimlərdəndir? Gen dəyişkənliyi? Səbrlə oxuyaq.
Deməli Minotavr başı öküz, bədəni insan şəklində olan Yunan mifik varlığıdır. Əfsanəyə görə Krit (Girit) kralı Minosun oğlu olduğuna görə adı " Minosun Öküzü" mənasına gəlsə də, Minotavrın bioloji atası dəniz tanrısı Poseydon tərəfindən Minosa hədiyyə edilmiş Girit öküzüdür.
  Əfsanəyə görə Minotavrın anası (insan) Pasifaya, günəşi təmsil edən tanrı Heliosun ölümsüz qızıdır. Bacısı Kirke və qardaşı Aeetes kimi Pasifayada da cadugərlik (pharmakeia) gücləri vardı. Məşhur cadugər Medeanın atası Aeetes, əfsanəvi Qızıl Kürkün yerləşdiyi Kolkhis ölkəsinin də kralıdır. Bacısı Kirkə isə Kolkhis şəhzadəsi olan ərini öldürdükdən sonra öz adasına (Aiaia) gedir. Pasifayanın da bəxtində Girit adasının kralı Minosla evlənib Krit kraliçası olmaq vardı. 
  Oğlan evi də qız evindən geri qalmır, belə ki, Minos 2 qardaşı ilə bərabər Krit kralı Asterion tərəfindən böyüdülüb. Qeyd edək ki, Minos da Zevsin Avropadan olan oğludur. Həə Asterion öləndə Martinin yazdığı Taxt Oyunları canlanır və qardaşlarını sürgün edən Minos taxtda əyləşir. Taxt üzərindəki qovğalar zamanı Minos oturub Poseydona dua edir və deyir ki, "Ey Poseydon əgər bu mübarizədə məni dəstəkləyirsənsə, mənə ağappaq bir öküz göndər"(Çox yaradıcı duadır) Poseydon da ağappaq bir öküzü dənizdən Kritə yollayır. Minos bir şey də qeyd etmişdi, əgər qalib gəlsə bu öküzü qurban kəsəcəkdi. Amma Minos heyvanın gözəlliyinə heyran olduğuna görə, öküzə rəhmi gəlir və qurban olaraq heyvanlarından birini kəsi. 

Poseydon da Minosun onu aldatdığına görə çox əsəbləşir və əvvəllər sakit olan öküzü, qəzəbli bir öküzə döndərir. (Mustafasını de görək )
  İllər beləcə keçir, Minos Pasifaya ilə evlənir, 6 uşaqları olur. Amma Poseydonun hirsi hələ də soyumayıb. Poseydon intiqam almaq istəyir və bunu Pasifayaya ilə həyata keçirtmək istəyir. ( Tanrı da braziliya seriallarına çox baxıb, eh ay Persi) Belə ki, Kraliçanın ürəyinə Öküzlə çiftləşmək arzusunu salır. (Neynir ala bunlar 😳) Bədbəxt kraliça, qarşısını ala bilmədiyi bu arzu qarşısında nə edəcəyini bilmir və birdən ağlına ixtiraçı sənətkar Dedal (Daidalos) gəlir və ondan kömək istəyir. O da eləmə tənbəllik taxtadan düzəltdiyi inəyin üstünə heyvan dərisi qoyur, beləliklə də hərəkət etmə qabiliyyətinə malik inək automatonu(robotu) ixtira edir. İçində Pasifaya olan bu inək Öküzə yaxınlaşır 18+😵😵, inəyin içindəki Pasifaya bir tərəfdən yoldaşının günahının cəzasını çəkir, digər tərəfdən də öz təhlükəsizliyini qorumuş olur.

Əsl adı elə köhnə kral Asterion olan öküz başlı Minotavr bu əlaqədən dünyaya gəlir.
  Dünyaya göz açan canavar körpə Minotavrı Pasifaya əvvəllər digər uşaqlarından ayırmır (ana ürəyi) ona canı könüldən analıq edir, amma uşaq böyüdükcə sözün əsl mənasında buynuzları çıxır və vəhşiləşir. Bir müddətdən sonra lap əndazədən çıxır belə ki, insan ətiylə qidalanır. Minos da bilmir neyləsin, axırda dərdini Delfi kahinlərinə danışır (ah bu kahinlər) onlar da deyir ki, Minos bala get bir dənə labirint inşa etdir, Minotavrı da labirintin ortasına qoy. Minos kahinlərin dediklərinə əməl edir və sənətkar Dedal (Daidalos) yenə səhnəyə çıxır. Bu səfər ona indiyənə qədər eşidilməyən, tikilməyən böyüüüüük bir labirintin inşa edilməsi tapşırılır. (Ah kitabda o labirintdən nə çəkdik) Dedal və oğlu İkarosun Minosun Knossostakı sarayının qarşısında bənzərsiz məşhur Krit labirintini inşa edirlər. Labirintə girib Minotavrın olduğu yerə çatmaq, sonra qayıdıb çıxmaq olduqca müşgül bir məsələdir, imkansız dərəcədə çətindir. Ona görə də Minotavr heç vaxt bu labirintdən çıxa bilmir.
1ci seriyanın sonu...............
Hələlik
Mənbə: Üzümünü ye bağını soruşma Dionisin qəzəbinə də tuş gəlmə. Məlum düşərgədə direktorumuz odur.😇

понедельник, 11 марта 2019 г.

Kerber məşhur üç başlı it

Kerber Yunan mifologiyasında Yeraltı Dünyasının tanrısı Aidin üç başlı itidir. Kerberin vəzifəsi həm yaşayanları Aidin ölkəsinə girməklərinin həm də əfsanəvi Stix çayının digər tərəfinə keçmiş, ayağı Ölülər Dünyasına dəyən ruhların bir də ordan çıxmaqlarının qarşısını almaqdır. Anası Exidna atası Tifon olan bu iti Hesiodos öz Teoginasiyasında 50 başlı təsvir etsə də, hamı tərəfindən şərti şumda kəsilərək üç başlı qəbul edilmişdir. Əfsanəyə görə mifik qəhrəman Herakla verilən axırıncı vəzifə bu iti tutub gətirməkmiş ( day denən bıçağı sanc ürəyinə də bıy). Herakl da eləmə təmbəllik dur get Afina yaxınlıqlarındakı Eleusis kəndinə ki, ordakı Eleusis yəqin ki kahinləri sayəsində canlı olaraq Ölülər Diyarına necə girmək lazımdır öyrənsin, öyrənir də və öyrəndiklərini tətbiq edərək Kerberi ordan çıxardır.
Dəqiq üç başlıdır? 
Deməli qaynaqlarda gah üç, gah əlli, bir az da şişirdərək 100 olduğu haqqında məlumatlar var ( adama deyərlər görmüsənnnnn?) Bunlar azmış kimi Heraklit də deyib ki, guya bu Kerberin yanında həmişə 2 dənə bala yəni küçük var, ona görə də camahat Kerberi üç başlı qəbul edib. Nəysə əsas üç başlıdır. Yaxşı bəs niyə üç?
İtin üç başı bəzilərinə görə bu günü, keçmişi və gələcəyi təmsil edir, bəzilərinə görə isə uşaqlıq, gənclik və yaşlılığı təmsil edir..
Bə bu nə yeyir?
Sadəcə canlı və təzə ətə meyl salarmış. Qısaca ölülərə baxanda iştahı qaçırmış 😁
Exidna və Tifondan doğulan düz əməlli olmaz ha. Belə ki, Kerber ilan quyruqlu, aslan pəncəli və yalı ilanlardan ibarət olan bir itdir.
Bir çox yerlərdə adı keçib, məsəlçün Dantenin "İlahi komediya"sında, Rowlingin "Harry Potter və Fəlsəfə daşı" kitabında, bir də MİT tərəfindən yaradılan Kerberos protokolu var (şifrələmə texnologiyası haqqında maraqlananlar bilər)
Hələlik 😉😉
Mənbə: Mifologiya kitabı