Titanomaxiya və ya Titanların müharibəsi, Yunan mifologiyasında insanlığın var olmasından əvvəl iki ilahi irq Titanlar və Olimplilər arasında 10 bəzi mənbələrə görə 11 il davam etmiş müharibəyə verilən addır. Titanların mərkəzi Othrys dağıdırsa, Olimplilərin ki, Olimp dağıdır. Bu müharibə Zevsin atası Krona qarşı Uranın uşaqları olan Kiklop və Hekatoxeynləri yerin altından çıxarması ilə başlayır. Zevs əvvəlcə Kronun qarnından əvvəllər udmuş olduğu Poseydon, Aid, Demeter, Hera və Hestianı çıxardır. Kiklop və Hekatoxeynlər Zevsə minnətdar olduqları üçün ona ildırımı və alovu hədiyyə edirlər. Beləcə də Zevs gücünə güc qatır. Deyir day burda mənəm bağddadda kor xəlifə 😆
Ot kökü üstə bitər sözünə qüvvət Zevs böyüyüb güclənərək Kronla dünya taxt tacı üstündə müharibə başladır (Habil Qabil yalan oldu). Bu müharibədə torpaq ana( aranı qatan) Geya və titan qardaşlardan bəziləri Kronu, Zevsin qardaş bacıları və anası Reya da Zevsin tərəfini saxlayır. Titan Okeanos və yoldaşı Tethys isə az aşım ağrımaz başım deyib bitərəf olurlar.
Müharibə Zevs və Demeterin Krona hücum etməsi ilə başlayır. Demeter Kronu idarə etdiyi torpaq təbəqəsinin içində saxlayır, hərəkət edə bilməyən Krona bu tərəfdən də Zevs hücum edir (adam kişi olar 🙈). Bu arada Kronu qorumaqda olan 7 kiklop (bə hamısını həps etmişdilər aa aa görr ey sən) əllərindəki zopayla Kronu həps edən təbəqəni qırırlar. Zevs yediyi qələti anlayır, onu da başa düşür ki, hələ Kronla kəllə kəlləyə gələ bilməz onda Aid və Demeterin qızı Persefonanın köməkliyi ilə yerin altında gizlənir.
Kron bu hücum haqqında Geyanın başçılığı altında olan Titan iclasında danışır və Titan-Tanrı müharibələri rəsmi sürətdə başlayır.
Fobe, Themis, Kron və Mnemosyne Zevsi suiqəsdlə öldürmək istəyirlər. Bunu həyata keçirtmək üçün də sülh istədiklərini deyib, səmimi olduqlarını göstərmək üçün də yarış tədbiri hazırlayırlar. Tədbirə Zevs, Aid, Persofone, Hera, Ares, Hermes, Afrodita və Poseydon gəlir, onsuzda şərtləri o idi ki, Kronun varisi Zevsin gəlməsi vacibdir. ( Hardadı sizin öngörücülüyünüz deyəcəm ammaaa..nəysə) Bu yarışda pərilər insanları səmaya qaldıracaq və ən hündürə qalxan pəri qalib gələcək. İnsanları daşımaqda aciz qalan kiçik pərilər də insanları əllərindən yerə salırlar və insanlar rəhmətlik olur. Titanlar bundan həzz alsa da, tanrıların zəhləsi gedir. İnsanlar da buna görə müharibənin digər mərhələlərində tanrıları ilahları olaraq qəbul edərlər və onlara kömək edərlər. (Can ay Persi )
Ardı növbəti məqalədə
Blogumuz Rick Riordanın Percy Jackson, Magnus Chase, The Kane Chronicles adlı kitablarından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın.
суббота, 23 февраля 2019 г.
четверг, 14 февраля 2019 г.
PONT
Pontos və ya Pont Yunan mifologiyasında dənizin şəxsləndirilmiş adıdır. Adının mənası "Dərin dəniz"dir. Bəzilərinə görə Pont Geya və Efirin oğludur, Hesioda görə isə Geya onu özbaşına dünyaya gətirib. Qədim yunanlılar "ho pontos" deyəndə Aralıq dənizi bölgəsini nəzərdə tuturmuşlar.
Pontun adı heç bir qəhrəmanlıq əfsanəsində qeyd olunmayıb amma mifologiyaya əsasən "Qoca dəniz" ləqəbli Nereusun, sonra Poseydon tərəfindən taxtı əlindən alınacaq Phorkysin, dəniz məxluqatlarının anası olan Ketonun, dəniz ilahəsi Eurybianın və Telkhines adı verilən Rodos millətinin atasıdır. Yunan mifologiyasına əsasən elmə məlum olan bütün dəniz canlıları və balıq növləri, Pont ilə onun dişi qarşılığı sayılan dəniz ilahəsi Thalassadan yaranıblar.
Pont Roma mifologiyasında dənizdən çıxan nəhəng bir adam başı kim təsvir olunur. Belə ki, buynuzları xərçəng qısqaclarından ibarət olub, yaşıl rəngə çalan saqqalı var. Roma dövrünə aid mozaiklərdə çox vaxt qədim dəniz tanrıları xüsusilə Okeanos-Tethys cütlüyü ilə birlikdə təmsil olunur.
Pontun nəsil nəcabəti 😄😄
Forkiyin (Phorkys) bu günə qədər gəlib çatmış Helenistik dövrə aid mozaiklərdə balıq quyruqlu, xərçəng əlli, qızıl tikanlı bir varlıq olaraq təsvir olunub. Keto və Forkiy birləşməsindən çoxlu canavar və ya varlıqlar dünyaya gəlmişlər. (Yexidna, Graiai adı verilən "Boz cadugərlər" aralarında məşhur Meduzanın da olduğu Qorqonlar və Herakl tərəfindən öldürülən Ladon əjdəhası. Deyə bilərsizniz ki, bəs Ladon Tifonun oğlu deyildi? Cavab: Bu mifologiya ki, var bu çox qəliz məsələdir. Hər mənbədə bir şey qeyd olunub
Mənbələr: Vikipediyalar, Mifologiya kitabları və müxtəlif dillərdə məqalələr
Pontun nəsil nəcabəti 😄😄
Forkiyin (Phorkys) bu günə qədər gəlib çatmış Helenistik dövrə aid mozaiklərdə balıq quyruqlu, xərçəng əlli, qızıl tikanlı bir varlıq olaraq təsvir olunub. Keto və Forkiy birləşməsindən çoxlu canavar və ya varlıqlar dünyaya gəlmişlər. (Yexidna, Graiai adı verilən "Boz cadugərlər" aralarında məşhur Meduzanın da olduğu Qorqonlar və Herakl tərəfindən öldürülən Ladon əjdəhası. Deyə bilərsizniz ki, bəs Ladon Tifonun oğlu deyildi? Cavab: Bu mifologiya ki, var bu çox qəliz məsələdir. Hər mənbədə bir şey qeyd olunub
Mənbələr: Vikipediyalar, Mifologiya kitabları və müxtəlif dillərdə məqalələr
среда, 6 февраля 2019 г.
Tifonun Uşaqları
Tifon adlı yazımızda Tifonun uşaqlarının adını qeyd etmişdik. Bu gün isə onlar haqqında əlavə məlumat verəcik.
Sfink- hamı kimi mən də Sfinkslərin Misir mifologiyasına aid olduğunu düşünürdüm amma və lakin mənbələrə əsasən Sfinks Tifonun ən ağıllı övladıdır. Qadın başlı, qanadlı bir aslan kmi təsvir olunan Sfinks, əfsanəyə görə Hera tərəfindən Yunanıstanın Thebai şəhərinə göndərilib. O da şəhərin qapısında oturub yoldan keçənlərdən "tarixin ən məşhur tapmacasını" soruşarmış, cavabı bilməyənləri də boğub yeyərmiş. Bu Oidipusun onun qabağına çıxana qədər davam edir. Belə ki, Sfinks həmişəki qaydada Oidipusdan tapmacanı soruşanda, Oidipus düzgün cavabı deyir. Sfinks şoka girir. Cavabın düzgün tapılmasını həzm edə bilməyən Sfinks özünə qəsd edir və ya hikkəsindən həlak olur.
Sfinksin ən məşhur sualı:
"Səhər dörd, günorta iki, axşamsa üç ayaqlı olan varlıq hansıdır? "
Həəə, Sfinks tərəfindən öldürülmək istəmirsinizsə cavabı tapın. Cavabla bizə də maraqlı olar 😉😉
Ladon Əjdəhası: Heranın əmriylə "axşam qızları" Hesperidlərin o məşhur baxçasını qoruyan Ladon Əjdəhası da bəzi mənbələrə görə Tifonun oğlanlarından biridir. Herakl Hesperidlərin baxçasındakı qızıl almaları götürməli olduğunda Ladonu öldürmüşdür.
Nemea Aslanı: Kürkünü öz pəncələrindən başqa heçnəyin soya bilmədiyi bu nəhəng aslanı öldürmək, Heraklın birinci vəzifəsiydi. Buna baxmayaraq əfsanəvi məxluqa nə ox nə də qılınc təsir etmirdi. Çətin bir güləşin axırında Herakl onu əlləriylə boğaraq öldürüb.
Hidra: Çoxbaşlı bir məxluq. Arqolis antik şəhərində, Lerna bataqlıqlraında yaşayan çox başlı bir canavarın adıdır. Hidranın nəfəsi bir insanı öldürəcək qədər zəhərliydi. Bu canavarın öldürülməsi Heraklın on iki vəzifə arasında 2-ci sırada yer alan vəzifədir. Atası Tifon və anası əjdahaların ilahəsi Yexidna olan Hidra Lerna gölündəki yuvası, ölümdən sonrakı dünya ilə insanların dünyası arasındakı qapının ağzında yer almaqda olub, Hidra isə bu qapının nəzarətçi vəzifəsini yerinə yetirirdi. Hidra öldürülməsinin çox çətin olmasının səbəbi kəsilən hər bir başın əvəzinə iki dənəsinin çıxması idi.
Ximera: Kürəyinin ortasından canlı bir keçi başı çıxmış, ilan quyruqlu, alov püskürən, çox güclü br dişi aslan təsəvvür edin.
вторник, 5 февраля 2019 г.
Tanrıları belə qorxudan TİFON
Tifon - yunan mifologiyasındakı ən ölümcül canavardır və " bütün canavarların atası" ünvanına sahibdir. Tifon yunanca "tüstülənmək" mənasındadır. Yerin alov qüvvəsinin şəxsləşdirilmiş adı, Geyanın Tartardan olan oğludur. Nəhənglərin məhv edilməsindən sonra hiddətə hələn Geya tanrılardan qisas almaq üçün Tartar ilə cütləşərək Kilikiyada Tifonu dünyaya gətirir. Bu dəhşətli məxluq Geyanın uşaqlarının içində ən güclüsü olur. Qurşağa qədər insan, ondan aşağı əjdaha cildli olan, bütün bədəni lələklərlə örtülmüş bu məxluqun çiyinlərindən yüzlərlə ilan başları, ayaqlarından isə gürzələr çıxarmış. Onun başı ulduzlara, bir əli qərbə və digər şərqə çatarmış. Qanadları və insan başından əlavə, saysız əjdaha başı varmış. ( niyə bizdə o əjdahadan yoxdu 😄 ) Tifonun yoldaşı da özü qədər məşhur olan Yexidnadır. O da "Canavarların anası" ünvanına sahibdir, maşallah 😁😁
Deməli Zevs Titanları Tartarosa həbs edəndə ağbirçək Geya bundan əsəbləşir və oğlu Tifonu tırkalayır ki, Zevslə döyüşsün. Tifonun səsi gələn kimi tanrılar ya Misirdə gizlənərlərmiş, ya da heyvan licminə girib qaçarlarmış. Ağbirçək də düşünüb ki, Zevs də Tifona qalib gələ bilməyəcək. Amma dövran tərsinə dövr edir və Zevs uzaqdan Tifona ildırımlarla yaxın məsafədən isə Kronun orağı ilə həmlələr etdikdən sonra onunla əlbəyaxa olur. Tifon ilan ayaqları ilə Zevsin bədəninə sarılaraq orağı qoparıb onun əlinin və ayaqlarının vətərlərini yarır. sonra onu Kilikiyaya gətirərək mağaraya atmış olur. Onun vətərlərini isə ayı dərisinə bükərək mağarada gizlədir. Zevsin bic oğlu Hermes və Egipan (Pan) vətərləri tapıb Zevsin bədəninə yerləşdirirlər. Təzədən qüvvə toplamış Zevs Tifona hücuma keçir və onu Nysa dağına qədər qovur. Orada da bəxt ilahələri (Moirai adı verilən 3 ilahə, kitabda tez -tez rastlaşacaqsınız) araya girib Tifonla kiçik bir oyun oynayırlar. Ona gücünü geri qaytaracağına söz verdikləri bir içki içirdirlər ki, bu içki də Dionisin zəhərli üzüm suyu olur. Bundan sonra qaçdı -tutdu qaldığı yerdən davam edir. Tifonla Zevs Haimos dağları (Balkan dağları) adlı yerdə döyüşürlər. Belə ki, Tifon oradaki bütün dağ və təpələri qopardıb Zevsə tullayır. O da ildırımları iləa onları parçalayıb Tifonun üstünə göndəriri. Bu parçaların altında qalan Tifon dan elə bir qan dəryası axır k, o gündən bu günə o dağlara Haimos (qanlı) adı verilir. Nəysə hələ də yaşayan Tifon sürünə -sürünə Etna vulkanının yanına gələndə Zevs ildırımları ilə dağı yerindən qaldırıb, Tifonun təpəsinə endirir. ( Ay təpənə daş düşsün belə yerdə deyirlərmiş eyy 😀😄😄
Tifondan yaranan mifoloji məxluqlar
Sfinks
Kerberos və Orthros
Ladon Əjdəhası
Nemea aslanı
Hidra
Ximera
Hələlik 😘 Birdən şərh yazmaq qərarına gəlsəniz, utanmayın davam edin 😊😍 😉
Подписаться на:
Сообщения (Atom)