Orion da o qədər qəzəblənir ki, gedib o ki var içir və sərxoş olur, sonra da eləmə tənbəllik qızın yataq otağına girir vəə.......+18. Dan yeri ağarmağa başlayanda ata qeyrətə gəlir və Dionisə yalvarmağa başlayır ki, bəs kömək elə namusumu təmizləyim (gör ha namusss) Şərab tanrımız Dionis də gözünə döndüyüm Satirləri göndərir ki, bəs gedin Orionu içirdin. Orion sərxoş olan kimi Oinopion qeyrətə gələrək gəncin gözlərini çıxardır və halsız bədənini dənizin sahilinə tullayır. Bu anda bir kahin bu kor adamın şərqə Heliosun Okeanosdan doğulduğu yerə gedib göz yuvalarıyla onun dənizdən qalxmasını izləyərsə yenə görəbiləcəyini söyləyir, Orion da bunu eşidən kimi qayığa minərək Kiklopların çəkic səslərini təqib edərək Lemnosa gəlir( Lemnos haradı fikrim yoxdu) və Hefistosdan Kedalion adındakı köməkçisinin ona bələdçilik etməsini istəyir. Orionun çiynində oturan (oturmağa yer tapmadı :D) Kedalion Oriona Okeanosa çatana qədər yol göstərdi. Burada Helios Orionun gözlərini müalicə edərkən bacısı Eos da bu gəncə bir könüldən min könülə vurulur və bundan sonra Braziliya serialı başlayır. bu günlük bu qədər.
Blogumuz Rick Riordanın Percy Jackson, Magnus Chase, The Kane Chronicles adlı kitablarından bəhs edəcək. Miflər, əsatirlər, qəhrəmanlıq, mifalogiya dünyasına səyahət başlasın.
четверг, 5 сентября 2019 г.
Orion
Boiotia Hyrialı bir ovçu olan və ölümlülərin ən yaraşıqlısı sayılan Orion, Poseydon və Euryalenin oğluydu. Xiosdakı ( Saqqız Adası) Hyriaya gələndə Dionisin oğlu olan Oinopionun qızı Meropeyiyə vurulur. Oinopionda deyir ki, bəs qızı sənə verərəm amma gərək bizim elin hər tərəfinə yayılmış vəhşi heyvanları ovlayasan. Qəhrəmanımız da razılaşaraq başlayır heyvanları ovlamağa, hətta hər axşam öldürdüyü heyvanın xəzini sevgilisinə göndərirdi ta ki, heyvanların axırına çıxana qədər. Əl qərəz krala Merope ilə evlənmək istədiyini bildirəndə, o da başlayır ki, ay dağlarda hələ də aslan var, nə bilim meşədə ayı var. qısaca söhbəti fırladaraq qızıyla evlənməsinə mane olmaq istəyir. Niyə? bu mifalogiyadı çünki özü də qızına aşiq olmuşdu. ( Ta noldu ey bu)
Подписаться на:
Сообщения (Atom)