2-ci hissə
Əfsanənin yarısına kimi hadisələrdə ancaq Kritlilər vardısa, bundan sonra Afinalılar da əfsanəyə qatılırlar. Minos və Pasifayanın oğlu Androgeos, e.ə. 566 ildən bəri, dörd ildən bir Afinada keçirilən oyunlarda iştirak edərək bütün yarışların qalibi olurdu. Bu səfər oyunlar qəhrəman kral Laios şərəfinə Thebai şəhərində təşkil olunur və Androgeos da iştirak etmək üçün Afinadan yola düşür (gözün doysun da) vəə yolda Afinalıların sui qəsdi nəticəsində ölür. Bu bir versiyadı
İkinci versiyaya əsasən də Birbaşa Afina kralı Aegeus tərəfindən Marathona Krit öküzü ilə döyüşməyə göndərilən Androgeos, Marathonda öküz tərəfindən öldürülür. Hər iki halda ölür və Afinalıların bu işlə əlaqəli olması iki versiyanın sonu Minosun Afinaya müharibə elan etməsi ilə bitir. Afinalılar məğlub olur və hər il ( bəzi qaynaqlara görə ildə 1 və ya 7 ildən və ya 9 ildən bir baş verdiyini görürük) Minotavra qurban edilməsi üçün 7 oğlan və qız, ümumi 14 cavan göndərmək məcburiyyətində qalırlar. Afinanın bağrı qan ağlayır amma əldən nə gəlir heç nə. Əlqərəz 3-cü il yaxınlaşanda Aegeusun oğlu Tesey (Theseus) qeyrətə gələrək, Minotavrı öldürəcəyini, Afinanın bədbəxt taleyini yenidən yazacağına dair and içir. Burda əfsanə içərisindən əfsanə doğulur. Maraqlı bir mifolojik hekayədir yazacağım.
And içir, hazırlıqlar başlayır. Tesey Kritə gəmiylə gedəcək, qayıdanda isə əgər Minotavrı öldürüb sağ qalıbsa gəmisinə ağ yelkən taxılacaqdı. Yox əgər bu yolda ölübsə onda tayfası Yunanıstana yaxınlaşanda qara yelkən taxacaqdı. Tesey narahat atasını beləcə arxayınlaşdıraraq yola düzəlir. Teseyin işləri Kritdə yağ kimi gedir. Minosun iki qızı Ariadne və Phaedra hər ikisi Teseyi görən kimi bir könüldən min könülə ona vurulurlar. Bax bu məhəbbət Minotavra qalib gəlməkdə Teseyə kömək edir.( ah bu məhəbbət) Qızların böyüyü Ariadne bəzi mənbələrə görə Ariadne Teseye deyir ki, əgər eşqimə qarşılıq verəcəksənsə qalib gəlməkdə kömək edəcək və labirintin çıxışını ona göstərəcək, Tesey də onunla evlənəcəyinə söz verir
(Dilim dilim olsun dilin) Ariadne Teseyə bir yumaq ip verir ki, başına dönüm labirintdə gəzdikcə iplə yolları işarələ. Nəhayət Tesey o günə qədər 28 Afinalını yeyən Minotavrla qarşılaşır. Qəhrəmanca döyüşən Tesey Minotavrı atasının qılıncı ilə öldürür.
Deməli bizim bu ağıllı qəhrəman atasına verdiyi sözü yadından çıxardar. Onu Sounion Burnunda gözləyən atası Aegeus, limana yaxınlaşan gəminin qara yelkənlərini görəndə elə zənn edir ki, oğlu ölüb və elə ordaca özünü aşağı ataraq canına qəsd edir. O gündən bəri də dənizin adı öz adıyla Aegeus ( Ege dənizi) adlanır. Bu faciənin nəticəsində isə Tesey kral olur.